Son Xəbərlər
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə

Azərbaycan qadını bu gün də öz missiyasını şərəflə yerinə yetirir

08 mar 2023, 12:30
Azərbaycan qadını bu gün də öz missiyasını şərəflə yerinə yetirir

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli xanımlar, ana və bacılar!

Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.
Azərbaycan qadınları xalqımızın taleyində hər zaman əhəmiyyətli rol oynayıb. Belə ki, Azərbaycan qadınlarından cəsur və qorxmaz sərkərdə, müdrik hökmdar, istedadlı şairə və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunub. Qadınlarımız hər zaman elm, təhsil, səhiyyə, idman və digər bütün sahələrdə öz istedadları, bacarıqları ilə Azərbaycanımızın adını istər ölkə daxilində, istərsədə ölkə xaricində hər zaman bayrağımızı uca edib və dalğalandırıblar. Ağır sınaqlardan alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün də öz missiyasını şərəflə yerinə yetirir, övladlarını vətənə sevgi, torpağa və xalqa sədaqət ruhunda tərbiyə edir. Qarabağ və Vətən Müharibəsi zamanı onların yetişdirikləri övladlar 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdilər, xalqımızın torpaq həsrətinə soy qoyuldu və vətən uğrunda canlarından keçən şəhidlərimizin qanı yerdə qalmadı.

Vətənimizin ərazi bütövlüyü,  suverenliyi uğrunda canlarını qurban edən qəhrəman qardaşlarımızın anaları və ailə üzvləri olan xanımlar başda olmaqla rayonumuzun bütün xanımlarını təbrik edirik.

Neftçala rayonunda yüzlərlə qəhrəman şəhid, qazi yetişdirən fədakarlıq və möhkəm iradə göstərən analarımızın hər birinə möhkəm can sağlığı arzu edirəm.

Bayramınız mübarək!