Son Xəbərlər
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 2023-cü
2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tranzit, idxal, ixrac və
"Keşlə bazarı" kimi tanınan ticarət mərkəzi ilə yanaşı, həmin
Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los
Bakı metrosunun 2030-cu ilə qədər inkişaf proqramına əsasən, 10 yeni
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə
Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. Liderxeber.az
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi
banner

Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma 40 % artıb

10 iyn 2024, 12:24
Bu il Azərbaycana hava nəqliyyatı ilə sərnişindaşıma 40 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana hava nəqliyyatı ilə 1 milyon 227 min 238 nəfər sərnişin daşınıb.

Liderxeber.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 % çoxdur.

5 ayda Azərbaycana 347 min 326 sərnişin daşınmaqla Rusiya ilk yeri tutur. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,4 % artım deməkdir.

Təkcə may ayında Azərbaycana 300 min 586 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 38,1 % çoxdur. Mayda Rusiyadan 83 min 821 sərnişin daşınıb ki, bu da ötən ilin may ayı ilə müqayisədə 21,7 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 287 min 331 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 23,2 % çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 173 min 628 sərnişinlə (+47,9 %) daxil olub.