Son Xəbərlər
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 sentyabr 2023-cü il tarixli
"İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə
İspaniyanın "Mundo" qəzeti amerikalı sahibkar İlon Maskı XXI əsrin
“Caspian Energy Club” bu ilin iyun ayından etibarən Azərbaycan Respublikası
Nazirlər Kabineti sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan
Bu gün Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş
İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a məxsus
Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin əziz
Ombudsman Aparatında təyyarə qəzasında həyatını itirmiş şəxslərin xatirəsi yad
banner

Suriyadan 5-i uşaq, 1-i qadın olmaqla 6 azərbaycanlı ölkəmizə gətirilib

05 iyn 2024, 09:20
Suriyadan 5-i uşaq, 1-i qadın olmaqla 6 azərbaycanlı ölkəmizə gətirilib

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Liderxeber.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. "İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə Respublikası ərazisinə keçidinə nail olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız təyyarə bileti və Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri ilə təmin edilib.

4 iyun 2024-cü il tarixində nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - XİN-dən bildirilib.