Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunu yoxlanılması üçün qaydalar təsdiq edildi

26 dek 2024, 15:04
Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunu yoxlanılması üçün qaydalar təsdiq edildi

Nazirlər Kabineti sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını təsdiq edib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qaydalar Rəqabət Məcəlləsinə uyğun hazırlanıb və sazişlərin rəqabət qanunvericiliyinə uyğun olub-olmamasını müəyyən etmək üçün müraciət və qərar prosesini tənzimləyir.

Saziş iştirakçılarından hər hansı biri bağlanılmış sazişin istisna edilməsi üçün rəqabət orqanına könüllü şəkildə yazılı müraciət edə bilər. Sazişin predmeti ilə bağlı iş qaldırıldıqda, saziş iştirakçıları bu barədə bildirişdən sonra 30 gün ərzində müraciət edə bilərlər. Əgər müraciət qaydaların 2.2-ci bəndinin tələblərinə uyğun gəlmirsə, vəsatət rəqabət komissiyasının qərarı ilə qəbul edilir.

Müraciətdə saziş iştirakçıları və onların hüquqi ünvanları, sazişin predmeti, mahiyyəti, texniki və iqtisadi xüsusiyyətləri, davametmə müddəti və tətbiq olunduğu coğrafi ərazi kimi məlumatlar əks olunmalıdır.

Qaydalara əsasən, müraciətlərin qiymətləndirilməsi 30 gün ərzində başa çatır. Xüsusi hallar zamanı baxılma müddəti əlavə 30 gün uzadıla bilər. Bu barədə məlumat müraciətçilərə 5 iş günü ərzində verilir.

Müraciətin qiymətləndirilməsi nəticəsində rəqabət orqanı və ya komissiya sazişin istisna edilməsi və ya edilməməsi barədə yekun qərar qəbul edir. Qərar qəbul edilən şərtlər yerinə yetirildiyi müddətdə qüvvədə olur.