Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

5 saatdan artıq davam edən əməliyyat uğurla başa çatıb

06 fev 2024, 09:37
5 saatdan artıq davam edən əməliyyat uğurla başa çatıb

Son dərəcə ağır vəziyyətdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilən pasiyentin eyni vaxtda 5 orqanı üzərində cərrahi əməliyyat həyata keçirilib.

LiderXəbər xəbər verir ki, 5 saatdan artıq davam edən əməliyyat uğurla başa çatıb.

Əvvəllər bir neçə özəl xəstəxanaya müraciət edən və bu üsulda əməliyyatın qeyri-mümkünlüyü bildirilən 1955-ci il təvəllüdlü şəxs hazırda özünü yaxşı hiss edir.

Məlumat üçün bildirək ki, tibb müəssisəsinin II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynov tərəfindən mədəaltı vəzin başının xərçəngi diaqnozu qoyulan xəstə üzərində distal qastrektomiya, duodenumektomiya, xolesistektomiya, pankreasın başının rezeksiyası, omentumektomiya, D2 limfodisseksiya əməliyyatları icra olunub. 

Əməliyyatdan sonra pasiyentin vəziyyətində yaxşılaşma müşahidə edilib və bir neçə gün zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.