Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Sabah əsl yaz havası olacaq - 25° isti

01 apr 2024, 13:10
Sabah əsl yaz havası olacaq - 25° isti

Aprelin 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.