Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

30 mar 2024, 15:27
31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. Öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən institutun direktoru Faiq Xudayev erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımının tarixi haqqında iştirakçılara geniş məlumat verib.  Bildirilib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində Bakı Soveti və bolşevik-daşnak silahlı dəstələri xalqımıza qarşı kütləvi qırğın törədiblər. 

Tədbirdə çıxış edən iştirakçılar tərəfindən həmçinin qeyd olunub ki, erməni daşnakların xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli işə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımları beynəlxalq ictimaiyyətə çatdırmaq, xalqımızın yaddaşına həkk etdirmək məqsədilə Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 

Bu Fərman əsasında hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.

Tədbirdə vurğulanıb ki, xalqımızın üzləşdiyi soyqırımların təkrarlanmaması üçün daim yaddaşlarda yaşadılması və zəruri nəticələrin çıxarılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı hadisələri, həmçinin Vətən müharibəsi dövründə dinc əhaliyə qarşı törədilən terror aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla, baş verənlərə beynəlxalq aləmdə hüquqi-siyasi qiymət verməyə çağırıb.

Çıxış edənlər ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər.