Martın 30-da bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək

28 mar 2024, 11:20
Martın 30-da bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək

Martın 30-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən LiderXəbər-ə verilən xəbərə görə, test imtahanı mərhələsində ümumilikdə 565 namizəd iştirak edəcək.