Son Xəbərlər
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.
"İran Silahlı Qüvvələri İsrailin mümkün reaksiyasına tam hazırdır".
Avropa İttifaqı (Aİ) Şurası Rusiya əleyhinə yeni sanksiyaları təsdiq edib.
Milli Məclis məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə
Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin
Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və
Ali Məhkəməyə yeni hakimlər təyin edilib. Liderxeber.az xəbər verir ki,
Xaçmaz rayonunun Niyazabad kəndində Xəzər dənizinin sahilində 200 kiloqramdan
Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis
banner

“Qlobal Bakı Forumunda aparılan müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir”

17 mar 2024, 11:28
“Qlobal Bakı Forumunda aparılan müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir”

Bir neçə gün əvvəl martın 14-də işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu son günlərin ən mühüm hadisəsi kimi gündəmdədir. Martın 14-də Forumda çıxış edən Prezident İlham Əliyev müasir dövrdə dünyada gedən proseslərə və aktual məsələlərə dair dəyərli fikirlərini bölüşdü.

Qeyd etmək lazımdır ki, bu gün Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.

Bu gün sürətlə dəyişən dünyada qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.

XI Forumda 68 ölkədən 400-dən çox qonağın iştirak etməsi bu gün dünyada Foruma olan marağın göstəricisidir. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçılarının olması bu tədbirin nəhəng intellektual potensialını sübut edir.

Ölkə başçımız Forumdakı çıxışında regionumuzdakı dəyişikliklər, onların fəsadları, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin geosiyasi vəziyyətə təsiri, keçmiş Minsk qrupunun sıfra bərabər olan 28 illik fəaliyyəti, münaqişənin sülh yolu ilə həll olunmamasının səbəbi, Ermənistanla sülh prosesinin gedişi, müharibəni qaçılmaz etmiş amillər, 2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində olduğu kapitulyasiya aktı, antiterror əməliyyatı, Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına tamamilə qeyri-adekvat münasibəti, bu ölkənin Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəlinin vandalizmə məruz qalması, Fransanın “ikili standartlar” siyasəti və digər müasir aktual məsələlər barədə öz dəyərli fikirlərini tədbir iştirakçılarına çatdırdı.

COP29-un Azərbaycanda keçirilməsi barədə qəbul olunmuş qərar barədə danışan Prezident İlham Əliyev qeyd etdi ki, bu, Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsi deməkdir. Neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Artıq yaşıl keçidlə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var.

Azərbaycanın yaşıl keçidlə bağlı uğurlarına toxunan dövlət başçımız ötən ilin oktyabrında ölkəmizdə Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışının keçirilməsi, daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri barədə də danışdı. Bildirdi ki, ölkəmiz 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır. Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb. Hazırda isə Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuluq.

COP29 bizə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan Azərbaycanın uğurla inkişaf edə biləcəyini, ölkəmizin son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirək.

Milli Məclisin deputatı

Jalə Əhmədova