Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Bu gün ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatacaq

15 mar 2024, 12:33
Bu gün ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatacaq

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən LiderXəbər-ə verilən xəbərə görə, bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) qeyd olunan vaxta kimi DİM-in saytına daxil olub "Abituriyentin elektron ərizəsi”ni doldurmalı və təsdiq etməlidirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər isə bu gün saat 17:00-dək hər hansı bir SQK-ya müraciət edə bilərlər.

Qeyd edək ki, bu gün saat 11:30-a olan məlumata əsasən, 111373 abituriyent öz ərizəsini təsdiq edib. 5183 abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, hələlik təsdiq etməyib. Həmin abituriyentlərə də tövsiyə edilib ki, ərizənin təsdiqini təmin etsinlər.

Qəbul elanının tam mətni, Sənəd Qəbulu Komissiyalarının ünvanları, tələb olunan sənədlər və digər zəruri məlumatlarla buradan tanış olmaq mümkündür.