Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Qarabağ Universitetində işləmək üçün bu şəxslərə üstünlük veriləcək - Video

14 mar 2024, 09:28
Qarabağ Universitetində işləmək üçün bu şəxslərə üstünlük veriləcək - Video

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində işləmək istəyənlər üçün yaxın günlərdə də yeni vakansiyalar elan olunacaq.

LiderXəbər xəbər verir ki, bu barədə Xəzər Televiziyası süjet hazırlayıb.

Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib ki, yalnız vakansiya tələblərinə uyğun gələn və lazımi bütün sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.

Ü. Səttarova universitetdə işləmək istəyənlərin hansı kriteriyalara cavab verməli olduğunu da açıqlayıb. 

Qeyd edək ki, Qarabağ Universitetinə bir neçə gün əvvəl proqram rəhbəri vakansiyası üzrə elan verilib. İndiyə kimi təxminən 1250 nəfər müraciət edib. Lakin bu vakansiya üzrə 5-6 nəfərin işə qəbulu nəzərdə tutulub. Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu martın 15-dək davam edəcək. Ötən gün isə mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.

Daha ətraflı videoda: