Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Martın 17-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün imtahan keçiriləcək

12 mar 2024, 16:44
Martın 17-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün imtahan keçiriləcək

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün BB vəzifə qrupuna aid inzibati vəzifələr üzrə 17 mart 2024-cü il tarixində kağız daşıyıcılar vasitəsilə keçiriləcək test imtahanında iştirak edən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən LiderXəbər-ə  verilən xəbərə görə, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Martın 17-də keçiriləcək digər vəzifə qrupları (AB,AC,BA) üzrə olan imtahanlar, həmçinin inzibati rəhbər vəzifələr (A növü) üzrə dövlət qulluğuna qəbul imtahanı isə kompüter vasitəsilə Bakı ş., Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (5 saylı tədris binası) ünvanında keçiriləcək. Kompüter vasitəsilə ilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər.