Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

VI çağırış Milli Məclis dediklərimizə bariz nümunədir

12 mar 2024, 07:53
VI çağırış Milli Məclis dediklərimizə bariz nümunədir

Görülən işlər, həyata keçirilən struktur islahatlarının yalnız bir amalı var - ölkə vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək və demokratik dövlət quruculuğunu möhkəmləndirmək! 

Bu gün Müzəffər Prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycanda uğurlu islahatlar kursunun həyata keçirildiyinin şahidi oluruq.  Ölkə başçısı, həm siyasi, həm iqtisadi, həm sosial, həm də hərbi sahədə intensiv şəkildə, effektiv hədəflərə hesablanmış müdrik siyasət yürüdür. Azərbaycan xalqı bu islahatların nəticələrini hər an öz həyatında hiss etməkdədir. Vətəndaşların dövlət orqanlarına əlçatanlığının təmin edilməsi, dövlət strukturlarında şəffaflığın tətbiq edilməsi, korrupsiya və ona bərabər tutulan neqativ halların tamamilə aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin demək olar ki, hər gün şahidi oluruq.

Ölkə başçısı aparılan islahatlara şəxsən özü nəzarət etməklə, ona səs verən, güvənən hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edir. Cənab Prezidentin xüsusi nəzarəti altında aparılan bu islahatlar təkcə yerli və mərkəzi icra hakimiyyəti orqanlarında deyil, qanunverici hakimiyyət olan Milli Məclisin iş fəaliyyətində də özünü aydın göstərir. Bütün demokratik prinsiplərin qorunduğu VI çağırış Milli Məclis dediklərimizə bariz nümunədir.

Ölkə başçısı 10 mart 2020-ci il tarixində baş tutmuş VI çağırış Milli Məclisin ilk iclasında çıxış edərək, qarşıya qoyulan vacib məsələləri bəyan etmişdir. Cənab İlham Əliyevin həmin çıxışındakı əsas tövsiyə və tələblərindən biri də o idi ki, hər bir deputat qərar qəbulunda iştirak edərkən qanunların təkmilləşdirilməsinə daha çevik reaksiya verməlidir və bu prosesdə əsas olaraq dövlətimizin və ölkə vətəndaşların maraqlarını nəzərə almalıdır. Müasir dünyada baş verənlərin fonunda cəmiyyətimizin bütün sahələrində islahatların dərinləşməsini çox vacib hesab edən Dövlət başçısının bu gün qarşıya qoyulmuş vəzifələrə böyük ölçüdə nail olduğunun şahidi oluruq. Əlbəttə ki, görülən işlər, həyata keçirilən struktur islahatlarının yalnız bir amalı var - ölkə vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək və demokratik dövlət quruculuğunu möhkəmləndirmək!. 

Ələkbər Əliyev;
Neftçala rayonu, Şəhid atası