Son Xəbərlər
Biz Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini -
Naxçıvanda "N" saylı hərbi hissənin komandiri, polkovnik Samir
Hebey Universitetinin (Çin) alimlərindən ibarət elmi qrup kəpəyə səbəb olan
Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş
Yaşlandıqca bədəndəki dəyişikliklər, məsələn, duruşun pisləşməsi, əzələ gücü
Bu gün intihar edərək həyatını itirən hərbçimizin fotoları yayılıb.
banner

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna ağır itki üz verib

07 mar 2024, 15:20
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna ağır itki üz verib

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimi, aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Tahirov Şamil Ağakişi oğlu ömrünün 74-cü ilində vəfat edib.

LiderXəbər xatırladır ki, Tahirov Şamil 2 noyabr 1950-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Əmirxeyir kəndində anadan olub. 1966-cı ildə orta təhsilini orada başa vurub, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirib. 1973-cü ildə hərbi xidmətini Almaniyada başa vurub. 1973-cü ildə AMEA-da əmək fəaliyyətinə başlayıb. 1983-cü ildə aspiranturanı bitirmiş və kimya elmləri namizədi alimlik dərəcəsi alıb. Elə həmin il Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin dəvəti ilə həmin komitəyə şöbə müdiri vəzifəsinə irəli çəkilib. Sonradan Azərbaycan Dövlət Plan Komitəsində, Azərbaycan Nazirlər Komitəsi yanında Abidələrin bərpası Komitəsində idarə rəisi vəzifəsində çalışıb.

O, yenidən Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı və Emal Sənaye məhsullarının müfəttişliyinə şöbə müdiri vəzifəsinə dəvət olunub. 2000-2005-ci illərdə həmin idarənin rəisi vəzifəsində çalışıb. 2006-cı ildən etibarən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda şöbə müdiri vəzifəsində əmək fəaliyyətini davam etdirib. 2000-ci ildən bəri o, müxtəlif natural xammallardan bioloji aktiv maddələrin sintezi ilə məşğul olub. Hər bir bioloji aktiv maddənin sintezinə Dövlət Patenti alıb, fəaliyyət göstərdiyi illər ərzində bir sıra patentlərin alınmasında bilavasitə böyük xidmətləri olub. Şamil müəllim institutun fəaliyyətində və inkişafında öz xidmətləri ilə daima seçilib, gənclərin maarifləndirilməsində davamlı məsləhətləri və təlimləri ilə hər zaman fərqlənib, bilik və bacarığını əsirgəmədən öyrətməyə can atıb. Gözəl insani xüsusiyyətləri ilə həmişə diqqət mərkəzində olub, institutun inkişafında göstərdiyi xidmətləri ona böyük hörmət qazandırıb. Şamil müəllim dəyərli mütəxəssis, gözəl insani xüsusiyyətlərə sahib olmaqla bərabər, eyni zamanda qayğıkeş ata və baba olub. O, ziyalı övladlar yetişdirib. 

Dərin hüzn və kədərlə Tahirov Şamil Ağakişi oğluna Allahdan rəhmət diləyir və ailəsinə baş sağlığı veririk.