Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Prezidentin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri və əsasnaməsi təsdiq edilib

07 mar 2024, 12:46
Prezidentin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri və əsasnaməsi təsdiq edilib

“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib.

LiderXəbər xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Əsasnamədə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın rəmzidir. O, Xidmətin hər bir əməkdaşına Xidmətin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.

Xidmətin rəsmi emblemi Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Xidmətə mənsubiyyətini bildirən nişandır.

Xidmətin rəsmi emblemi onun hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Xidmətin rəsmi emblemi onun blanklarında və inzibati binalarının adı göstərilən lövhələrində də yerləşdirilə bilər.

Xidmətin rəsmi embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:

Xidmətin çap məhsullarında, kino, video və fotomateriallarında;

Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar).
Fərmana əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri” də təsdiq edilib.