Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Timor-Leste Prezidenti Azərbaycan dövlət başçısına məktub göndərib

06 mar 2024, 13:11
Timor-Leste Prezidenti Azərbaycan dövlət başçısına məktub göndərib

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta Prezident İlham Əliyevə təbik məktubu göndərib.

LiderXəbər xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Timor-Leste Demokratik Respublikası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu qələbə təkcə Sizin prezidentlik səlahiyyətinizin davamı deyil, həm də Azərbaycanın gələcəyi naminə Zati-alinizin liderliyinə və strategiyasına göstərilən etimadın təzahürüdür. Sizin dövlətə xidmətdə əldə etdiyiniz nailiyyətlər və fədakarlığınız ölkənizin inkişafına və rifahına olan sadiqliyinizin təsdiqidir.

Ötən ilin mart ayında Zati-alinizlə X Qlobal Bakı Forumunda iştirakım çərçivəsində keçirilən tarixi görüşü böyük məmnunluq hissi ilə xatırlayıram. Bu görüş xalqlarımız arasında qardaşlıq, dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə təkan verib.

Əminəm ki, prezidentliyinizin yeni dönəmində biz Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə böyük potensiala malik mühüm sahələrdə, xüsusilə də təbii sərvətlərin istismarında, infrastruktur, gübrə istehsalı və təhsil sahələrində yeni investisiyalar, layihələr və tərəfdaşlıqlar həyata keçirə biləcəyik.

Biz yalnız Qoşulmama Hərəkatı çərçivəsində deyil, həm də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) inteqrasiya səviyyəsində Timor-Leste ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qarşılılıqlı maraqlarımız naminə möhkəmləndirilməsinə, əməkdaşlıq üçün yeni imkanların nəzərdən keçirilməsinə sadiqliyimizi bir daha vurğulayırıq.

Qoy Zati-alinizin yeni mandatı Azərbaycan xalqına daha böyük nailiyyətlər, davamlı inkişaf və firavanlıq gətirsin! Bu ilin sonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməsi münasibətilə Azərbaycanı ürəkdən təbrik edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq arzulayıram. Bir daha Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".