Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Xankəndi-Bakı ultra marafonuna Xankəndi şəhərindən start verilib

29 fev 2024, 13:21
Xankəndi-Bakı ultra marafonuna Xankəndi şəhərindən start verilib

İlk dəfə keçirilən Xankəndi-Bakı ultra marafonuna Xankəndi şəhərindən start verilib.

LiderXəbər-in Qarabağ bürosu xəbər verir ki, Xankəndi şəhərindən "Qürurla irəli" şüarı səsləndirərək start götürən ultra marafonu iştirakçıları 380 km məsafə qət edərək, finişə Bakıda çatacaqlar. 64 nəfərin iştirak etdiyi ultra marafonuna yerli iştirakçılarla yanaşı Türkiyə, Moldova, və Meksikadan 10 nəfərə yaxın iştitakçı qatılıb. Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 km), Yevlax-Ucar (84 km), Ucar-Hacıqabul (88 km), Hacıqabul-Qobustan (70 km) və Qobustan-Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar. Qeyd edək ki, ilk mərhələ Yevlax rayonunda başa çatacaq və birinci mərhələnin qalibi elan olunacaq.