Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Əkinçilik ET İnsitutunda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

26 fev 2024, 17:01
Əkinçilik ET İnsitutunda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Xocalı 32” adlı anım tədbiri keçirilib. Öncə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

LiderXəbər xəbər verir ki, tədbirdə institutun direktor müavini Sevinc Məmmədova çıxış edərək bildirib ki, XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 32 il ötür. Buna baxmayaraq, Xocalı faciəsinin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. S. Məmmədova erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb. O bildirib ki, ermənilərin Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır.

Tədbirdə çıxış edən institut əməkdaşları tərəfindən diqqətə çatdırılıb ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Artıq bir sıra dövlətlər Xocalıda törədilən faciəni soyqırım kimi qəbul edib.

Anım tədbirində institutun əməkdaşları Xocalı faciəsi ilə bağlı ürək sözlərini səsləndiriblər. Çıxış edənlər Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu bildirib, günahkarların dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Sonda Xocalı faciəsi haqqında video çarx nümayiş olunub.