Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Üzümçülük və Şərabçılıq ETİ ilə Koreya şirkəti arasında memorandum imzalanıb

23 fev 2024, 12:21
Üzümçülük və Şərabçılıq ETİ ilə Koreya şirkəti arasında memorandum imzalanıb

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları və Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ şirkətləri ilə Şamaxı Üzüm Tinglik Mərkəzində “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” çərçivəsində görüş baş tutub

LiderXəbər xəbər verir ki, görüşdə ağıllı üzüm bağlarının salınmasında aparıcı rol oynayan müasir avadanlıqlardan istifadə imkanları müzakirə olunub. 

İnstitutunun direktoru Vüqar Səlimov bildirib ki, müasir dövrdə bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının da inkişafında yeni texnologiyaların, innovasiyaların tətbiqi vacib və əhəmiyyətlidir.

Daha sonra çıxış edən Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Bakı nümayəndəsi, İNPRO, WHYBIZ şirkətlərinin rəhbərləri əməkdaşlıqdan məmnunluqlarını bildiriblər. 

Görüşdə layihələrin həmçinin respublika ərazisində digər regionlarda da həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Növbəti aylarda Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə mütəmadi görüşlər nəzərdə tutulub.

Sonda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.