Son Xəbərlər
Lobya sağlamlıq üçün vacib olan vitaminlərlə zəngin tərəvəzdir. Liderxeber.az
İsrail rəsmiləri hesab edir ki, Fələstin qrupu sağ qalanların siyahısını
Yaponiya hökuməti 2025-ci maliyyə ilində (2025-ci ilin aprel - 2026-cı il
İordan çayının qərb sahilində baş verən insident zamanı İsrail ordusunun
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci
"Zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərə mədə-bağırsaq
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti
Rusiyada miqrant uşaqlarının məktəbə qəbulu üçün rus dili biliklərinin
"Halal" sertifikatlaşdırmanın Azərbaycanın bütün bölgələrini əhatə
banner

Prezident hərbi xidmətə çağırılma və ehtiyata buraxılma haqqında Sərəncam imzalayıb

21 fev 2024, 18:08
Prezident hərbi xidmətə çağırılma və ehtiyata buraxılma haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

LiderXəbər xəbər verir ki, Sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməlidir.