Son Xəbərlər
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
Xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta
"İranın Ali Rəhbəri Əli Xamenei "Doğru Vəd-3" əməliyyatının
Bakı şəhərində çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb.
Bakı Təşəbbüs Qrupu (BTQ) və “One St. Martin Association” Əməkdaşlıq
banner

Görkəmli alim Əsəd Musayevin yubileyi qeyd olunub

10 yan 2023, 16:40
Görkəmli alim Əsəd Musayevin yubileyi qeyd olunub

Kənd Təsərrüfatı yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) dünya aqrar elminin xəzinəsini zənginləşdirən görkəmli seleksiyaçı alim Əsəd Cənnət oğlu Musayevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

LiderXəbər xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, müdir müavini Fərman Kərimov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Aqrar İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai, Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru Vüqar Səlimov, Əsəd Musayevin ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri ƏETİ-nin direktoru Faiq Fudayev giriş nitqi ilə açıq elan edib və Əsəd Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev görkəmli seleksiyaçı alim Əsəd Musayev haqqında ətraflı çıxış edərək, respublikada taxılçılığın inkişafında olan xidmətlərindən bəhs edib. Sonra alim haqqında nekroloq və videoçarx nümayiş olunub.

Qeyd edək ki, Əsəd Cənnət oğlu Musayev 1938-ci il yanvarın 8-də tarixən əzəli Türk torpağı olan Ermənistan adlandırılan respublikanın Amasiya rayonunun Oxçuoğlu kəndində kəndli ailəsində anadan olub. İrəvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub və 1957-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1957-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olub və 1962-ci ildə alim aqronom ixtisası üzrə bitirib. 1962-1964-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Bakı Torpaq Ekspedisiyasında əvvəlcə mühəndis-torpaqşünas, sonra isə dəstə rəisi kimi Kür-Araz ovalığının, xüsusilə Sabirabad, Salyan, Neftçala, habelə Siyəzən, Dəvəçi rayonlarının torpaq örtüyünün öyrənilməsində fəal iştirak edib. 1964-cü ildən etibarən respublikada taxılçılığın inkişafı problemlərinin həlli ilə məşğul olmağa başlayan Ə.Musayev daha məhsuldar, yüksək dən keyfiyyətinə malik, yerə yatmayan, xəstəliklərə davamlı taxıl sortlarının yaradılması və toxumçuluğu istiqamətində Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda geniş tədqiqat işləri aparıb və 1969-cu ildə “Toxumluq əkinlərdə sort qarışıqlarının əmələ gəlməsi və onun qarşısını almaq yolları” mövzusunda dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi adına layiq görülüb. Ə.Musayev 1967-ci ildə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Abşeron Dayaq Məntəqəsinin müdiri, 1970-1972-ci illərdə Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru vəzifələrində işləyib. 1973-cü ildən Elmi-Tədqiqat Əkinçilik İnstitutunda böyük elmi işçi, 1976-cı ildən “Seleksiya və Toxumçuluq” şöbəsinin müdiri vəzifəsində çalışıb. O, institutda rəhbərlik etdiyi “Seleksiya və toxumçuluq” şöbəsində qırx ildən artıq bir müddətdə bir sıra buğda, arpa, qarğıdalı, soya, lobya, noxud, tritikale bitkilərinin 20 mindən çox genofondunu toplamağa nail olmuş, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dənli, dənli-paxlalı bitkilərin 90-dan çox sortu yaradılıb, Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına (hazırkı Aqrar Xidmətlər Agentliyi) təqdim edilib ki, indiyədək onlardan 47-i rayonlaşmış, seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil edilib və patentləşdirilib. Bu sortlar hal-hazırda respublikada geniş əkin sahələrinə malikdir. Ə.Musayev ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından əsas strateji bitki hesab olunan rayonlaşdırılmış 32 bərk və yumşaq buğda sortlarının müəllifidir. 

Mərhum alim “Şərəf nişanı” ordeni ilə təltif edilib, əməkdar kənd təsərrüfatı işçisi fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Əsəd Cənnət oğlu Musayev 21 yanvar 2018-ci ildə 80 yaşında dünyasını dəyişib.


Allah rəhmət eləsin!