Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb

19 fev 2024, 13:46
Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb

“Sevindirici haldır ki, küçədə, ictimai yerlərdə qarabağlılar, xüsusi ilə ağdamlılar yaxınlaşıb soruşur ki, biz Ağdama nə vaxt qayıdcağıq? Mən əslən Ağdamdanam, Ağdama gedəndə öz kəndimizi, kənddə olan evimizi güclə tapdım. Düşündüm ki, qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb”, - bu fikirləri ASAN radionun direktoru, əməkdar jurnalist Emin Musavi işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış haqqında rəy və təəssürratlarını bölüşərkən deyib.

Hər kəsin Böyük Qayıdış prosesində iştirak etdiyini qeyd edən E. Musavi müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarların Qarabağ və Şərqi Zəngəzurda olmasının Vətənimiz üçün çox faydalı olduğunu qeyd edib: “Həmişə bir-birimizə arzulayırdıq ki, gün o gün olsun ki, mediamızın səsi Şuşadan gəlsin, belə də oldu.”

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

ASAN radionun direktoru Emin Musavinin iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.