Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

I Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlıdan 33-ü saxlanma yerində öldürülüb, meyitləri qaytarılmayıb

14 fev 2024, 10:49
I Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlıdan 33-ü saxlanma yerində öldürülüb, meyitləri qaytarılmayıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib.

LiderXəbər xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasındakı və vaxtilə işğal altında olmuş Azərbaycan Respublikasının ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olub.

Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilib, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb.