Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Deputat: Gənclər və İdman Nazirliyi milli idman növlərinin inkişafında çox maraqlıdır

12 fev 2024, 10:00
Deputat: Gənclər və İdman Nazirliyi milli idman növlərinin inkişafında çox maraqlıdır

Azərbaycanın qədim milli idman növü Çövkən Beynəlxalq Federasiyasının yaradılması Azərbaycan idmanı üçün çox doğru bir addım və tarixi bir hadisə oldu. Səmimi desəm, bu beynəlxalq federasiya indi yox, 30 il əvvəl yaradılmalı idi. Çünki görünən odur ki, ötən illər ərzində milli idman növümüz Çövkən barədə ciddi düşünülməyib. Biz sanki Çövkəni polo adı ilə yadellilərə vermişdik. Çövkən idmanı ilə bağlı ilk və ən böyük uğurumuz 2013-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Çövkən - Azərbaycanın ənənəvi Qarabağ atüstü oyunu"nun YUNESKO tərəfindən təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi olmuşdur. Şükürlər olsun ki, beynəlxalq səviyyədə Çövkən idman növünün Azərbaycana məxsusluğunu ifadə edəcək ciddi bir addım atılıb. Dövlət başçımız cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın bu sahədə diqqət və qayğısını xüsusi qeyd etmək istəyirəm. Düşünürəm ki, Gənclər və İdman Nazirliyi milli idman növlərinin inkişafında çox maraqlıdır. Bu mənada Azərbaycan Gənclər və İdman Nazirliyinə sözün həqiqi mənasında böyük alqış düşür. Təbii ki, bu işdə Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi danılmazdır. Mən, həm millət vəkili olaraq, həm də milli idman növü üzrə ilk Beynəlxaq təşkilat olan Dünya Alpaqut Federasiyasının prezidenti olaraq Beynəlxalq Çövkən Federasiyasına uğurlar arzulayıram. Biz, dövlətimizi dünya idman arenasında layiqincə təmsil edəcək milli idman növlərimizin inkişafına dəstək verməyə hər zaman hazırıq.

Jalə Əhmədova

Millət Məclisin deputatı