Son Xəbərlər
İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq edib.
Bəzi qida məhsulları uzun müddət otaq temperaturunda saxlanılsa belə,
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə
Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır. Liderxeber.az-ın
“200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə
1 yanvar 2025-ci ildən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni
Dekabrın 20-də "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
"Toydan öncə olan prosedurları dəyişməliyik. Ailədə ortaq mülkiyyət
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik
banner

Neftçalanın icra başçısı növbəti səyyar görüş keçirib

06 fev 2024, 15:58
Neftçalanın icra başçısı növbəti səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2-ci Qaralı kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib
 
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
 
Yuxarı Qaramanlı kəndi üzrə Nümayəndələr çıxış edərək 2-ci Qaralı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
 
Çıxış edənlər  “Xalq hər zaman Ölkə rəhbərinin ətrafında sıx birləşib və bu birliyi heç bir qüvvə qıra bilməz” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən, xalqımızın hər zaman ölkə rəhbərinin ətrafında sıx birləşməsindən, işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq- quruculuq işlərini görüş iştirakçılarının diqqətinə çatdırıblar.
 
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsindən və Müzəfər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərimizin öz doğma torpaqlarına yenidən qayıtması, 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiteror tədbirləri zamanı ölkəmizin suverrenliyinin tam bərpa olunması, antiteror tədbirləri zamanı heç bir mülki obyektə, heç bir vətəndaşa zərər verilməməsi, 14 dekabr tarixində əsirlərimizin düşmən tərəfin əsirləri ilə azad olunması, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbulda sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, daxili yolların təmiri, Pirəbbə kəndində yeni seçgi məntəqəsinin yaradılması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.