Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi

05 fev 2024, 17:34
Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi

“Biz fiziki olaraq orada deyildik, amma ruhumuz, düşüncəmiz, fikrimiz hər zaman torpaqlarımızda, Vətənimizdə idi”, - bu fikirləri  Xankəndi rayonunun Həsənabad kəndində dünyaya gəlmiş, xalq artisti Fəxrəddin Manafov deyib. İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinin getdiyini qeyd edən aktyor mədəniyyət sahəsində çalışan biri kimi gənclərə o yerlərə qayıtmaqla bağlı çağırış edib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə video çarxlar hazırlanır.

Xalq artisti Fəxrəddin Manafovun iştirakı ilə hazırlanmış növbəti video çarxı təqdim edirik.