Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kənd inşa olunacaq

26 yan 2024, 15:05
Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kənd inşa olunacaq

2026-cı ilin sonunadək Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzinin, 5 qəsəbənin və 24 kəndin inşası nəzərdə tutulur.

LiderXəbər xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru, Ekoloji məsələlər üzrə işçi qrupunun üzvü Növrəs Cəfərov işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırda 4 kənddə şaquli planlama işləri yekunlaşıb: "Cəbrayılın Horovlu kəndində də fərdi evlərin tikintisinə başlanılıb. Tikinti quruculuq işləri zamanı ekoloji aspektlərə diqqət yetirilir. Torpaq işlərində yaşıllıqların qorunması, ərazilərdə bulaq- kərizlərin bərpasına diqqət yetirilir. İnzibati binalarda eyni zamanda evlərin damında günəş panellərinin quraşdırılması, şəhər, kənd və qəsəbələrdə velosiped zolaqlarının salınması planlaşdırılır".