Dünya bazarlarında neft ucuzlaşıb

26 yan 2024, 11:30
Dünya bazarlarında neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin mart müqaviləsinin dəyəri 0,45% azalaraq 1 barelə görə 82,06 dollar təşkil edib.

LiderXəbər-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,65% azalaraq 76,86 dollar olub.