Son Xəbərlər
Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
banner

Əcnəbilərin Azərbaycan dili üzrə imtahanlarda iştirakı üçün qeydiyyat elan edilib

25 yan 2024, 12:10
Əcnəbilərin Azərbaycan dili üzrə imtahanlarda iştirakı üçün qeydiyyat elan edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq, Dövlət İmtahan Mərkəzi 2024-cü il fevralın 5-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.

DİM-dən LiderXəbər-ə verilən xəbərə görə, bu müddət ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. Xarici dil üzrə, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılar ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına yuxarıda qeyd edilən imtahanların birində iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini əlavə etməlidirlər. İddiaçılar ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ silinir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikləri təqdirdə, hər imtahanda iştirak etmək üçün 110 (yüz on) manat ödəməlidirlər.

Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL,Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar. Həmin şəxslər sertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilir (Bax: http://www.aak.gov.az/single/674)

Xarici dillər, həmçinin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı xarici dildən doktoranturaya qəbul imtahanı ilə təxminən eyni məzmun və strukturda (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla keçirilir. Proqramlarla aşağıdakı keçidlərdən tanış ola bilərsiniz:

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoru imtahanından ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan dili imtahanından isə ən azı 25 bal toplamış) iddiaçılara Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir.

İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2024-cü il fevralın 18-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı fevralın 19-da, danışıq bloku üzrə imtahan isə 4-5 mart tarixlərində keçiriləcək.