Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA

22 yan 2024, 17:35
Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 22-si saat 17:00-a olan məlumatına əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən LiderXəbər-ə verilən xəbərə görə, Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.7 metrdir. Qusar (Ləzə), Qəbələ, Altıağac, Sarıbaş (Qax), Quba, Kişçay (Şəki), Şahdağ, Qrız, Gədəbəy, Daşkəsən, Göygöl, Yardımlı, Lerik, Qobustan, Şamaxıda qar yağıb.

Ağdam, Goranboy, Zərdab, Naftalan, Hacıqabul, Şəmkir, Zaqatala, Göyçay, Lənkəran, Yevlax, Şəki, Kürdəmir, Naxçıvan, Şahbuz, Culfa, Astara, Balakən, Ağstafa, Oğuz, Mingəçevir, İsmayıllı, Tərtər, Sabirabad, Beyləqan, Pirallahıda yağış yağıb.

Bakıda və Abşeron yarımadasında və bölgələrdə yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.