Goranboyda evdən meyit tapılıb

19 yan 2024, 11:30
Goranboyda evdən meyit tapılıb

Goranboyda evdən 37 yaşlı kişi meyti aşkarlanıb.

LiderXəbər-in məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü T.Namazovun meyiti vanna otağında yaxınları tərəfindən aşkarlanıb.

Hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisəsinin səbəbləri araşdırılır.