Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

AİKTSA üzvüləri İlham Əliyevin namizədliyini dəstəkləyirlər

17 yan 2024, 13:56
AİKTSA üzvüləri İlham Əliyevin namizədliyini dəstəkləyirlər

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin iclası keçirilib.

İclasda çıxış edən AİKTSA sədri Elvin Abbasov bildirib ki, fevralın 7-i tarixində Azərbaycanın dövlətçilik tarixində, Azərbaycan xalqının siyasi həyatında olduqca mühüm bir seçki kimi yadda qalacaq. Çünki müstəqillik dövrü tariximizdə ilk dəfə olaraq bu seçkilər ərazi bütövlüyü və suveren hüquqları bərpa olunmuş Azərbaycan ərazisində keçiriləcək və bu seçkilərin nəticəsi bundan sonrakı tarixi mərhələdə Azərbaycanın yeni inkişafını təyin edəcək.

E.Abbasov xatırladıb ki, ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Böyük uzaqgörənliklə aparılan iqtisadi islahatların nəticəsidir ki, qeyri-neft sektoru tərəqqi yoluna çıxmış, iqtisadiyyatın enerji amilindən asılılığı azalmışdır. İnfrastruktur layihələr, sosial məsələlər uğurlu həllini tapmışdır. Bu illər ərzində ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafına da müsbət təsir göstərmişdir. MDB məkanında daha çox ölkəmizdə İKT-nin inkişafı ilə bağlı mühüm addımlar atılmışdır. Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün İKT sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görür.

Sonda AİKTSA tərəfindən fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul edilib. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası prezident seçkilərində hər bir vətəndaşı fəal iştirak etməyə və məhz İlham Əliyevə səs verməyə çağırır.