Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

COP29-un Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM

13 yan 2024, 13:14
COP29-un Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

LiderXəbər xəbər verir ki, Sərəncama əsasən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Təşkilat Komitəsinin üzvləri:

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi

Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.

Təşkilat Komitəsi:

- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirməli;

- əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməlidir.

Nazirlər Kabinetinə Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etmək və digər zəruri məsələlərin həlli üçün tədbirlər görmək tapşırılıb.