Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.
LiderXəbər xəbər verir ki, prosesə sədrlik edən Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev tərəflərə bir daha hüquqlarını izah edib.
Proses zərərçəkmiş və hüquqi varislərin dindirilməsi ilə davam edir.