Son Xəbərlər
İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq edib.
Bəzi qida məhsulları uzun müddət otaq temperaturunda saxlanılsa belə,
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə
Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır. Liderxeber.az-ın
“200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə
1 yanvar 2025-ci ildən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni
Dekabrın 20-də "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
"Toydan öncə olan prosedurları dəyişməliyik. Ailədə ortaq mülkiyyət
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik
banner

Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və digər separatçılara ailələri ilə əlaqə imkanı yaradılıb

13 okt 2023, 16:22
Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və digər separatçılara ailələri ilə əlaqə imkanı yaradılıb

Qarabağda törətdikləri cinayətlərə görə tutulan erməni separatçılarına ailələri ilə əlaqə imkanı yaradılıb.

LiderXəbər xəbər verir ki, bu barədə “Alpha News” “Hayastan” fraksiyasının deputatı Geqam Manukyana istinadən məlumat yayıb.

Deputatın sözlərinə görə, qardaşı, qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının sabiq birinci müavini" Davit Manukyan iki gün əvvəl övladları ilə əlaqə saxlayıb.

Eyni zamanda qondarma rejimin "prezidentləri", eləcə də 2015-2018-ci illərdə “müdafiə naziri” olmuş Lyova Mnatsakanyana yaxınları ilə əlaqə imkanı yaradılıb.

Qeyd edək ki, ötən gün separatçıların sabiq “dövlət naziri” Ruben Vardanyanın oğlu da açıqlama verərək, atasının ailəsi ilə əlaqə saxladığını deyib. O, atasının vəziyyətinin yaxşı olduğunu bildirib.

Əlavə edək ki, Davit Manukyan, Lyova Mnatsakanyan, Ruben Vardanyanla yanaşı, Qarabağdakı separatçılara başçılıq etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və qondarma "parlament sədri" olmuş Davit İşxanyan Bakıda həbsdədir.