Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə baxışı təyin olunub

13 okt 2023, 12:30
Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə baxışı təyin olunub

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.

LiderXəbər xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəkil və tərcüməçi ilə təmin edilib.

Prosesdə ilkin olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bildirilib ki, Vaqif Xaçatryan Azərbaycanın Əsgəran rayonunda, 1953-cü ildə anadan olub.

Prosesdə təqsirləndirilən şəxsə hakim tərəfindən hüquqları izah edilib.

İş üzrə dövlət ittihamını Baş prokurorun xüsusi işlər üzrə köməkçisi Müqəddəs Sultanovun müdafiə etdiyi bildirilib.

Məhkəmədə Vaqif Xaçatryanın hüquqlarını isə vəkil Natiq Bəybalayev müdafiə edəcək. Vaqif Xaçatryan vəkilə etiraz etməyib.

Prosesdə zərərçəkmiş şəxs qismində tanınan Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov da iştirak edib.

Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi qismində Hüseyn Hümmətov tanınıb. O, Meşəli hadisələrində qətlə yetirilən Kərim Hümmətovun oğludur.

Prosesdə tərəflərə hüquqları izah edilib.

Dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edərək işin məhkəmə baxışıına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini istəyib.

Məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra cinayət işi üzrə məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib.