Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
LiderXəbər-in Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.