Son Xəbərlər
Azərbaycanda 173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb.
Narqis Viek Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK
Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata
Azərbaycan Basketbol Liqasında VIII tura bu gün bir oyunla start veriləcək.
Qərbi Azərbaycan İcması (QAİ) Ermənistan hökumətindən qayıdış hüququna hörmət
İntizam tənbehi verilən gömrük işçilərinə tənbeh götürülənə qədər xüsusi
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Təl-Əviv
Dekabrın 19-da Azərbaycan Baş naziri Əli Əsədov Misir Ərəb Respublikasının
“Rusiya Suriyada məqsədlərinə nail olub”. Liderxeber.az TASS-a istinadən xəbər
İran və Misir yaxın gələcəkdə qarşılıqlı olaraq səfirlik acacaqlar.
banner

Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib

12 okt 2023, 15:23
Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib

Milli Məclisin xüsusi iclası keçirilib.

LiderXəbər-in xəbərinə görə, iclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat müzakirəyə çıxarılıb.

Bəyanatı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu oxuyub.

Bəyanatda bildirilir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi regionun güc mərkəzinə çevirib: “Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur. Dövlətimizin başçısı ötən müddətdə ölkəmizin sabitliyinin təmin etməklə bərabər, onu dayanıqlılığını təmin edib, ən əsası Azərbaycanın tam suverenliyi bərpa edilib. Hər bir azərbaycanlının prezidenti olmağı bacaran Prezident İlham Əliyev ölkəmizin dünyada nüfuzunun daha da artmasına nail olub. Azərbaycan dilinin, adət-ənənələrimizin qorunub saxlanılması, dünya azərbaycanlılarının hüquqlarının qorunması diqqətdə saxlanılır.

Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində dövlətimizin suverenliyi ölkəmizin bütün ərazilərində bərpa edildi. Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün işlər görülür. Ermənistanla sülh danışıqları davam etdirilir. Hazırda azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alıb. İnamla söyləmək olar ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın dilbər guşələrindən birinə çevriləcək. Milli Məclis əmindir ki, İlham Əliyevə xas olan siyasi səriştə sayəsində Azərbaycan inamla irəliləməyə nail olacaq”.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.