Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Dövlət Xidməti və MEDİA Prezidentin adından yayılmış saxta videomüraciətlə bağlı açıqlama yayıb

12 okt 2023, 14:30
Dövlət Xidməti və MEDİA Prezidentin adından yayılmış saxta videomüraciətlə bağlı açıqlama yayıb

Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından guya Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılıb. Bildiririk ki, qeyd olunan videomüraciət “deepfake” texnologiyaları ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.

LiderXəbər xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

“Deepfake” texnologiyalarından istifadə edilməsi yolu ilə müxtəlif şəxslərin adından saxta videoların hazırlanması və yayılması halı 44 günlük Vətən Müharibəsi dövründə də müəyyən edilərək qarşısı alınmışdır və hazırda da bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən “deepfake”lərə qarşı müvafiq qurumlar tərəfindən mübarizə və geniş maarifləndirmə işləri aparılmaqdadır.

Qeyd olunan saxta və yalan videomüraciət və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", - açıqlamada qeyd edilib.