Son Xəbərlər
2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. Liderxeber.az milli
Azərbaycanda qəbul imtahanları artıq yekunlaşıb, bir neçə həftədən sonra
Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə
Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan təmizlikçi qadın,
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Günel Cavadxan vəfat edib.
Ukrayna Rusiyanın sədrliyi ilə keçirilən BMT-nin Təhlükəsizlik Şurasının
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri
banner

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb

11 okt 2023, 15:39
Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Cəlil Abbas Cilani ilə görüşüb.

XİN-dən LiderXəbər-ə verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan və Pakistan arasında qarşılıqlı etimad, həmrəylik və hörmətə ədaslanan strateji ikitərəfli münasibətlər, əməkdaşlıq perspektivləri, gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparıb.

İki ölkə arasında əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bütün istiqamətlərdə, o cümlədən parlament diplomatiyası istiqamətində ali və yüksək səviyyəli səfərlərin, o cümlədən təmasların əhəmiyyəti vurğulanıb.

Həmçinin, Azərbaycan və Pakistan arasında iqtisadiyyat, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın geniş potensialının olduğu diqqətə çatdırılıb.

Görüşdə nazir Ceyhun Bayramov həmkarını bölgədəki son vəziyyət, Azərbaycanın qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması məqsədilə həyata keçirdiyi antiterror tədbirləri barədə məlumatlandırıb.

Pakistanlı nazir İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının növbəti iclasının Azərbaycanın Şuşa şəhərində yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Pakistan xarici işlər naziri Cəlil Abbas Cilani Pakistanın Azərbaycanın ərazi bütövlüyünü və suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklədiyini vurğulayıb.

Bu konteksdə, Ermənistanın 30 illik işğalı dövründə, habelə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə göstərilən dəstək yüksək qiymətləndirilib.

Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıb.