Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Baş prokuror Kamran Əliyev Gəncədə səfərdədir

10 okt 2023, 09:32
Baş prokuror Kamran Əliyev Gəncədə səfərdədir

Baş prokuror Kamran Əliyev Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib.

LiderXəbər-in məlumatına görə, Kamran Əliyev Qələbə parkında memorial kompleksi ziyarət edib, ermənilərin raket hücumu nəticəsində dağılan ərazi ilə tanış olub. Orada erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül dəstəsi düzüb. Baş prokurora cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 5 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib. O da qeyd edilib ki, raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.Xatırladaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində günün müxtəlif saatlarında “Toçka U”, “Smerç”, “Qrad” və digər raketlərdən atəşə tutulub.

Raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirib, şəhərin 3900-dən çox yaşayış və qeyri-yaşayış sahələrinə, həmçinin 100-ə yaxın nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəyib.

Ermənistanın hərbi cinayətləri nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən verilən tapşırıqlara əsasən Gəncə Memorial Kompleksi yaradılacaqdır. Ələkbər Rəfibəyli küçəsində inşası nəzərdə tutulan Memorial Kompleksin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2022-ci il tarixində Gəncə şəhərinə səfəri zamanı qoyulub.