Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 3 il ötür

09 okt 2023, 10:09
Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 3 il ötür

Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 3 il ötür.

LiderXəbər-in məlumatına görə, Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da erməni işğalçılarından azad edilib.

Hadrut qəsəbəsinin və daha 8 yaşayış məntəqəsinin işğaldan azad edildiyini Azərbaycan Prezidenti, Ali Baş Komandan 2020-ci il oktyabrın 9-da xalqa müraciətində elan edib.

Dövlət başçısı aparılan uğurlu əməliyyatla Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Sor kəndlərinin və Hadrut qəsəbəsinin işğaldan azad edildiyini bildirib.

Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur.

Hadrut əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun ağır məğlubiyyəti olmaqla yanaşı, psixoloji baxımdan da ermənilərə böyük zərbə oldu.

İşğalçı Ermənistan bu məğlubiyyətdən özünə gəlmədi, Azərbaycan Ordusunun isə Şuşaya yolu açıldı.