Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

İcra başçısı növbəti səyyar görüş keçirib

06 okt 2023, 21:04
İcra başçısı növbəti səyyar görüş keçirib

Əhalinin sosial rifah halının yaxşılaşdırılması, məşğulluqlarının təmin olunması, onları narahat edən problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir

Ordubad rayonunda sakinləri narahat edən məsələlərin yerində araşdırılaraq öyrənilməsi və onların müxtəlif sahələrdə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması məqsədilə davamlı olaraq rayon mərkəzi ilə yanaşı kəndlərdə də səyyar qəbullar həyata keçirilir. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli sakinlərlə növbəti səyyar qəbulunu Üstüpü kəndində keçirib. Görüşdə Üstüpü kəndi ilə yanaşı, eyni icra nümayəndəliyinin tabeliyində olan Məzrə və ona qonşu olan Çənnəb kəndinin sakinləri də iştirak ediblər.
 
Üstüpü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında keçirilən görüşdə Ordubad Rayon İcra Hakimiyyyəti başçısının müavini və şöbə müdirləri, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.
 
Əvvəlcə rayon İcra Hakimiyyyətinin başçısı Rəcəb Rəhimli bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər respublikamızın bütün bölgələrində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında, eləcə də Ordubad rayonunda abadlıq quruculuq işləri aparılır, mühüm infrastruktur layihələri reallaşdırılır, əhalinin sosial rifah halının yaxşılaşdırılması, məşğulluqlarının təmin olunması, onları narahat edən problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir. "Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər" - deyən dövlətimizin başçısı bu məqsədə xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun yaradılması da bu məqsədə xidmət edir. 
 
Vurğulanıb ki, ölkə rəhbərinin icra strukturları qarşısında müəyyənləşdirdiyi mühüm tələblərdən biri də məhz vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ciddiliklə yanaşılması ilə bağlıdır. Ordubad rayonunda bu məsələlər diqqət mərkəzində saxlanılır, vətəndaşların qəbullarında, səyyar görüşlərdə sakinlərin müraciətləri dinlənilir, səslənən faydalı təkliflərin həyata keçirilməsi üçün işlək mexanizmlər tapılır.
 
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli qəbulda iştirak edən sakinlərin sosial təminatı, məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Vətəndaşların müraciətlərində qeyd etdikləri məsələlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.