Son Xəbərlər
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik
Bakıda “Keşlə bazarı”nda söküntü işlərinə başlanılması gələn il fevralın 1-nə
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar
Azərbaycan Prezidenti İlham Əliyev idmançıların və idman mütəxəssislərinin
Türkiyədə məscidlər sadəcə bir ibadət yeri deyil. Bu məscidlər həm də dünya
Azad edilən ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan
Azərbaycan Mərkəzi Bankı (AMB) 1, 5, 10, 20 və 50 qəpiklik metal pul
Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün
Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə,
Rusiya gəmisi balıq tutmaq üzrə yeni dünya rekordu müəyyənləşdirib.
banner

Göygöldə Beynəlxalq Müəllimlər Günü qeyd olunub

05 okt 2023, 09:23
Göygöldə Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Göygöldə “2023-cü il-Heydər Əliyev ili” çərçivəsində Beynəlxalq Müəllimlər Günü ərəfəsində pedaqoji kollektivlərlə görüş keçirilib
 
“Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilat rəhbərləri rayon ümumtəhsil məktəblərində pedaqoji kollektivlərlə görüşmüş, müəllimləri Peşə bayramı günü münasibəti ilə təbrik edərək xoş arzularını çatdırmışlar.
 
Görüşlərdə edilən çıxışlarda qeyd olunub ki, Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır.
 
Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir.  Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
 
Ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Ulu Öndər deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".