Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Bakıda “HEYDƏR ƏLİYEV İDEYALARI İLƏ YETİŞƏN NƏSİL” adlı təhsil konfransı keçirilib

04 okt 2023, 17:45
Bakıda “HEYDƏR ƏLİYEV İDEYALARI İLƏ YETİŞƏN NƏSİL” adlı təhsil konfransı keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunan “Heydər Əliyev İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2022-2023-cü ili əhatə edən tədris dövründə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində təhsil yekunlarına dair və 5 Oktyabr- “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş “HEYDƏR ƏLİYEV İDEYALARI İLƏ YETİŞƏN NƏSİL” adlı təhsil konfransını həyata keçirilib.
 
LiderXəbər xəbər verir ki, rayon icra hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, millət vəkili Azay Quliyev, Milli Məclisin Səhiyyə komitəsinin üzvü millət vəkili Kamaləddin Qafarov, Milli  Məclisin Regional məsələlər Komitəsinin üzvü millət vəkili Səbinə Xasayeva, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, Rayon Zialılar Cəmiyyətinin sədri Asəf Zamanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, orta ümumtəhsil məktəblərinin direktorları və məktəbin pedoqoji heyəti, ictimai birliklərin rəhbərləri və rayon gəncləri iştirak edirdilər.
Tədbir müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova  Binəqədi rayonunda 2022-2023-cü tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.
Təhsilin insan həyatındakı önəmindən söz açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev çətin bilik yarışmasından qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirdi ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində  görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir.
Çıxış edənlər- Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir Hüseyn Əsgərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov qeyd etdilər ki, təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni Fərman və Sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov gəncləri təbrik edərək bildirdi ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bugün də davam etməkdədir. “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib. Təhsil insanın potensialını ortaya qoymasına, gələcəyin savadlı, uğurlu kadrı kimi yetişməsinə kömək edir. Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Gənc nəslə xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır.
Sonda ali təhsil müəssisələrin qəbul imtahanlarında 676.9 bal toplayan 115 nömrəli tam orta məktəbin məzunu Mahmudlu Fərid Elxan oğlu gənclər adından çıxış edərək: “Onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildirdilər. Həmçinin qeyd etdi ki, hər il ənənəvi olaraq yüksək bal toplayan tələbələrlə  rayon ictimaiyyətinin görüşü gəncləri daha da ruhlandırır. Çox xoşbəxtdik ki, buna müvəffəq ola bildik. Çalışacağıq ki, ali təhsilimizi də uğurla başa vurub respublikamızın inkişafına öz töhfəmizi verək”
Sonda “təhsil sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə-ali məktəblərə qəbul imtahanı zamanı 650 baldan daha yuxarı nəticə göstərdiyinə görə, ümumi təhsili xüsusi nailiyyətlə başa vurduğuna görə-Qızıl medal nişanı ilə təltif olunanlar”, “Respublika fənn olimpiadalarında qazandığı yüksək nəticəyə görə”, “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasinda təşkil edilən “Ən yaxşı təqdimat” müsabiqəsində qazandıqları yüksək nəticəyə görə”, “rəhbəri olduğu sinif ali məktəblərə qəbul imtahanlarında 100% nəticə göstərdiyinə görə”, Binəqədi rayonu üzrə 9-cu sinif buraxılış imtahanlarının ümumi göstəricilərinə əsasən rayonun ictimai həyatinda fərqləndiyinə və 5 oktyabr – “Beynəlxalq Müəllimlər Günü”  münasibətilə nominasiyalarına görə bir sıra gənclər və təhsil işçiləri təltif edildilər.
Sonda müəllimlərə və gənclərə Fəxri Fərman və hədiyyələr təqdim edildikdən sonra onlarla xatirə şəkli çəkildi.