Son Xəbərlər
Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət
Tokio Universitetinin alimləri buzun yeni formasını - "0 buz"u kəşf
"Fitch Ratings" Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən
Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan
XXI əsrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar, həqiqətən
"Uşaqlar suda daha çox valideynlərin diqqətsizliyi səbəbindən ölürlər.
2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. Liderxeber.az milli
banner

DYP piyadalara müraciət edib

03 okt 2023, 15:46
DYP piyadalara müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

İdarənin rəsmisi polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, bu gün Heydər Əliyev prospekti şəhər istiqamətində növbəti piyadavurma hadisəsi məhz yerüstü piyada keçidinin altında qeydə alınıb.

Onun sözlərinə görə, hadisə zamanı təyin edilməyən yerdən keçən piyada dünyasını dəyişib.

"Bu hadisə ilə bağlı dərin təəssüf hissi ilə bildiririk ki, hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir. Vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə nizamlı və intizamlı formada yanaşsınlar. Sadə qaydaların tələbini ağır sonluqlu faciələrə qurban verməsinlər. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı yalnış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik”, - A.Əsgərli əlavə edib.

Qeyd edək ki, bu gün səhər saat 7 radələrində Mehdizadə Elşən Mirzəli oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil Suraxanı rayonu ərazisində 57 yaşlı Əliyev Polad Qaçay oğlunu vurub. Nəticədə o, hadisə yerində vəfat edib.