Son Xəbərlər
Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz
"Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına
Bakı məktəblərində təhlükəli oyunla bağlı araşdırma aparılıb. Sosial şəbəkədə
5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək. Liderxeber.az məlumat
ADY paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə
Böyük Britaniya hökuməti "Apple" şirkətindən bütün dünya üzrə
Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış
"Bakı şəhərində iki böyük parkın istifadəyə verilməsi nəzərdə
Bakıda güclü külək ağacı qopararaq parklanmış avtomobillərin üzərinə atıb.
Xəbər verdiyimiz kimi, Prezidentin imzaladığı Sərəncamla Anar Əliyev əmək və
banner

Bakıda "Türkiyə və Azərbaycan tarixi” adlı tədbir keçirilib

26 sen 2023, 16:01
Bakıda "Türkiyə və Azərbaycan tarixi” adlı tədbir keçirilib

Sentyabr 26-da Bakıda "Türkiyə və Azərbaycan tarixi” adlı tədbir keçirilib.

LiderXəbər xəbər verir ki, tədbir Liv Bona Dea Hospitalda baş tutub.

Tədbirdə Azərbaycan və Türkiyənin millət vəkilləri, iş adamları, siyasətçilər iştirak ediblər. Liv Hospitalın Qrup Koordinatoru Türkiyə-Azərbaycan münasibətlərinə toxundu. 

Meri İstiroti - “ Belə bir tarixi günler yaşanarkən Azərbaycanda olmaq qüururvericidir. Biz də tibb sahəsində əlimizdən gələn dəstəyi göstərməyə çalışırıq. Yeri gelmişkən bu gün qazilərimiz hospitalda əməliyyat olunur, Yaşat Fondunun dəstəyilə bu yolda uğurla addımlayırıq” 

Azərbaycan-Türkiyə əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir. Bu münasibətlərin əsasında tarixi bağlar dayanır. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyəni bir-birindən ayrılmaz vahid gücə çevirib.

Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. 

Qeyd edək ki, Liv Bona Dea Hospital da bu qardaşlığın tibb nümunəsi olaraq eyni məqsəd və hədəflər uğrunda çalışır. Şəhid ailələrinə və qazilərin dəstək olunur. Məqsəd təkcə sağlamlıq sahəsində deyil, sosial, iqtisadi, mədəni və digər sahələrdə də iki qardaş ölkə arasındakı münasibətlərə töhfə verməkdir.