Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Ölkəmiz tarixin ən acı sınaqları qarşısında bir olmaqla üzüağ  çıxmağı bacarıb

22 sen 2023, 11:01
Ölkəmiz tarixin ən acı sınaqları qarşısında bir olmaqla üzüağ  çıxmağı bacarıb

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz konstitusyon hüquqlarını tam bərba etmək, işğalçı qüvvələrin Qarabağdakı hərbi birləşmələrinin çıxarılması üçün dinc yolla addımlamağa çox çalışdı. Siyasi tribunalardan ölkə rəhbərliyi, siyasətçilər 2020 – ci il 10 Noyabr tarixli Üçtərəfli razılaşmanın öhdəliklərinin yerinə yetirilmədiyini hər zaman dünyanın diqqətinə çatdırmağa çalışdılar. Dəfələrlə nüfuzlu tribunalarda bu səpkidə olan çıxışları nədənsə havadarlarının köməyinə arxalanan Ermənistan tərəfi aydın eşitmək istəmədi. Nəticədə üstündən üç il keçəndən sonra Azərbaycan vaxtilə etdiyi kimi, bu dəfə də tarixi ədaləti bərpa etmək üçün Qarabağda lokal antiterror əməliyyatların başladı.  Aparılan hərbi əməliyyatlar, Azərbaycan rəhbərliyinin bu uğurlu addımı Ölkəmizin vətəndaşları, geniş ziyalı təbəqəsi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı və dəstəkləndiyi bir zamanda ölkədəki müxalif partiyalar tərəfindən də dəstəkləndi. Mətbuatda bu haqda yazıları oxuyanda məğrur və müzəffər ölkəmin varlığının heç bir vəchlə sarsılmayacağını bir daha aydın düşünürdüm. Düşünürdüm ki, təkcə gen günündə deyil,dar günündə də birləşməyi bacaran xalq, həqiqətən də, yenilə bilməz. Bu xalq öz azadlığını talışı, tatı, kürdü, ləzgisi, türkü ilə qanından yoğurub. Bu torpaq milli birliyin vasitəsilə diriliyini qazanıb.
Tarixin ən acı sınaqları qarşısında bir olmaqla üzüağ  çıxmağı bacarıb.  “Birlik dirilikdir”,- deyib ulular.  Bəli, biz 44 günlük Zəfər savaşımızı birliyimizin gücü ilə qazandıq. Biz 44 gün öndə Ali Baş Komandanın rəhbərliyi ilə ordunun, arxada xalqın əzmi sayəsində qələbəmizi təmin etdik. Bu günlərdə də tarixi zəfərimizi əbədilik olaraq, təsdiqləmək üçün Qarabağda cənab Prezidentimizin göstərişi ilə erməni terrorçularının törətdikləri terror aktlarına birdəfəlik son qoymaq üçün lokal hərbi əməliyyatlara başladıq. 24 saatdan az müddətdə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz təkcə ermənilərə deyil,eyni zamanda, dünyaya gücümüzü bir daha göstərdi. Azərbaycan bu bir gün ərzində yenə də dünyanın baxış nöqtəsinin ekvatoruna çevrildi. Şimaldan, Cənubdan, Şərqdən, Qərbdən bütün diqqətlər qanı ilə tarix yazan, oğulları biləklərində Kür gəzdirən, torpağının hürlüyü naminə çəkinmədən canından keçməyə hazır olan  Azərbaycana yönəldi. Qardaş Türkiyəmizin yenə də əvvəlki kimi öz qardaşlıq dəstəyi gecikmədi. Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Nyu -Yorkdakı çıxışı hər bir türkün sevgisi ilə qarşılandı. Məni bu günlərdə bir məsələ daha çox məyus etdi. Bu günlərdə hər kəsin ölkə rəhbərliyinin bu haqq işini dəstəklədiyi bir zamanda bəzi siyasi partiyaların Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatlarına dəstək göstərmək əvəzinə milli birlikdən imtina etmələri sözün hər mənasında içgöynədici mənzərədir. AXCP-nin, Müsavat Partiyasının, Real Partiyasının reallığa sığmayan bu addımını heç cür qəbul edə bilmədim. Düzdür, onlar bu siyasi və mili birlikdən imtina etsələr də, Azərbaycan öz həqiqətini düşmənlərinə qəbul etdirdi və zəfər yenə bizimlə oldu. Bu zəfərin qazanılması uğrunda şəhidlər verdik. Torpağımız bir daha şəhid qanları ilə qüsullandı və müqəddəsliyini sübut etdi. Bu ölkə şanlı Komandanın rəhbərliyi ilə müzəffər adını daim qoruyacağını bir daha əməli ilə sübut etdi. “Sözümüz imzamız qədər etibarlıdır”,- deyən Cənab Prezidentimiz Azərbaycanımızın mövqeyini daha da möhkəmləndirdi. Şanlı Komandan bu əməliyyatların keçirilməsinə göstəriş verməklə həm də şəhidlərimizin qisasının alınmasına şərait yaratmış oldu. Keçirilən əməliyyatlar bir də onu sübut etdi ki, Azərbaycan adlı cənnətməkan bundan sonra da ona cəhənnəmi yaşatmaq istəyənlərə cəhənnəm olacaq, bura xoş niyyətlə gələnlərə cənnət... Bu cənnətməkan yaxın gələcəkdə sülhə tam şəraitdə sahib olacaq.
Ölkəmiz günü-gündən çiçəklənəcək. Xankəndidə, Xocalıda, Xocavənddə -bütün Qarabağda Üçrəngli bayrağımız dalğalanacaq. Güllərə qərq olan  hər bölgədə, hər guşədə dalğalanan  üçrəngli bayrağımızın kölgəsində Şəhid ruhları sərinlənəcək. Bizi gələcəkdə xoşbəxt Azərbaycan, bütöv Azərbaycan gözləyir. O gələcəyi görmək ümidi ilə, vətənin daşı ola bilən Vətən daşları!
 
Elnur Uğur Abdiyev;
Neftçala rayon sakini, müəllim, şair