Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus
Türkiyədə məşhur müğənni Serdar Ortaç və tanınmış aparıcı Mehmet Ali Erbil də
Bakıda COP29 çərçivəsində FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının
Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 12-də
İsrail ilk dəfə olaraq Livanda "Hizbullah" üzvlərinin peycerlərinin
Bakıda keçirilən COP29 iqlim konfransında Cənubi Asiya ölkələrinin “COAST”
Serbiya Prezidenti Aleksandar Vuçiçin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının
banner

“Xəzəri Qoruyaq!” adlı geniş ekoloji hərəkat başa çatdı

18 sen 2023, 16:58
“Xəzəri Qoruyaq!” adlı geniş ekoloji hərəkat başa çatdı

Sentyabrın 16-da Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya sona çatıb.
Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə keçirilən son aksiya onlarla dövlət və özəl qurumların əməkdaşlarının könüllü iştirakı ilə Bilgəh çimərliyində baş tutub. 
Sentyabrın 1-dən 16-dək Xəzərin Xaçmaz, Lənkəran, Astara, Şabran, Siyəzən, Neftçala, Sumqayıt çimərliklərini əhatə edib Bakıda yekunlaşan aksiyada 1500 könüllü təxminən 11 hektar ərazini 5 tondan çox tullantıdan təmizləyib.

Layihənin əsas tərəfdaşları Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EcoHub” ekoloji platforması, “Carlsberg Azerbaijan”, “PAŞA Bank”, “Bakcell”, “SOCAR” və “McDonald's” şirkətləridir. 

Coca-Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bu il hərəkatın miqyasının genişləndiyini vurğulayıb: “Coca-Cola-nın təşəbbüsü ilə başlayan bu hərəkat “Xəzəri Qoruyaq!” şüarı altında minlərlə könüllünün və onlarla tərəfdaşın birgə iştirakı ilə keçirilir. Coca-Colanın Tullantısız Dünya strategiyasına uyğun olaraq bu sahədə tərəfdaşlığı genişləndiririk çünki, ətraf mühiti qorumaq hər birimizin məsuliyyətidir. Çox sevindirici haldır ki, Azərbaycanda sosial və ekoloji məsuliyyəti ilə seçilən bir çox müəssisə və təşkilatlar bu hərəkata qoşulur və dəstək olur. İnanıram ki, hər birimizin səyi nəticəsində ətraf mühitimiz daha təmiz olacaq”.
Öz əməkdaşları və ailə üzvləri ilə kampaniyada fəal iştirak edən təşkilatlar arasında “ASAN Könüllüləri” Təşkilatı, “Təmiz Şəhər” ASC, ABŞ-nin Azərbaycandakı Səfirliyi, Azərbaycan Cüdo Federasiyası, Amerika-Azərbaycan Ticarət Palatası, ADRA, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "LU-MUN" Holdinq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Skautlar Assosiasiyası, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi, Azərbaycan Jurnalistlər Şəbəkəsi və Azərbaycanlı Tələbələr və Məzunlar Platforması olub. 

Xatırladaq ki, “Xəzəri Qoruyaq!” şüarı ilə keçirilən ekoloji aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik günü çərçivəsində təşkil edilib. 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur.  Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatı Azərbaycanda “Xəzəri qoruyaq!” şüarı ilə artıq 13 ildir ki, iştirak edir. Bu kampaniya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 66 hektardan çox ərazisi təxminən 50 ton məişət tullantısından təmizlənib.