Son Xəbərlər
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini

Məktəblinin ölümünə səbəb olan avtobus sürücüsü həbs edildi

15 sen 2023, 12:47
Məktəblinin ölümünə səbəb olan avtobus sürücüsü həbs edildi

Bu ilin 25 may tarixində Bakı şəhərinin Xətai rayonu ərazisində idarə etdiyi avtobusla 8 yaşlı Saleh Quliyevi vurub öldürən avtobus sürücüsü həbs edilib.

LiderXəbər xəbər verir ki, Xətai Rayon Məhkəməsində sürücü Anar Hüseynov barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmədə bildirilib ki, hadisə vaxtı Saleh anası ilə birgə təhsil aldığı 245 saylı orta məktəbə gedirmiş. Onlar Xudu Məmmədov küçəsində nizamlanmayan piyada keçidindən keçərkən 51 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu sürətini azaltmadan Saleh Quliyevi və anasını vurub. Ağır xəsarət alan azyaşlı hadisə yerində vəfat edib, anası isə nisbətən yüngül xəsarətlər alıb.

Mərhumun ailəsi məhkəmədə sürücünün ağır cəzalandırılmasını tələb edib.

Xətai Rayon Məhkəməsinin 12 sentyabr tarixli hökmü ilə avtobus sürücüsünə 3 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı dövründə polisin nəzarəti altında olan A.Hüseynov məhkəmə zalındaca həbs edilib.